EN

"Azersun Holdinq" işçilər axtarır - VAKANSİYALAR

Azersun Holding

Mühasib

Son tarix 27 iyl 2024 - 

Namizədə aid tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
  • Müvafiq sahə üzrə minimum 2-5 il iş təcrübəsi;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
  • MS Office proqramlarının biliyi;
  • İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
  • Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.

İş haqqında məlumat:

  • Mühasib iş planının, ilkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqində, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanmasında iştirak edir.
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabatının  (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsində iştirak edir, operativ məlumatları təqdim edir, mühasibat (maliyyə) hesabatlarını muəyyən edilmiş müddətlərdə tərtib edir.
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edir.
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak edir.
  • Çatışmazlıqların, pul vəsaitlərinin və mal-material qiymətlilərinin qanunsuz istifadə olunmasının, maliyyə və təsərrufat qanunvericiliyinin pozulmasının qarşısının alınması üzrə öz səlahiyyətləri çərçivəsində tədbirlər görür.
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrufat maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu aparır.
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi və digər ehtiyat fondlarına ayırmalar üzrə sənədləri hazırlayır.Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədləri tərtib edir.
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır.

İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00

Ünvan: İmişli r-u (Promalt MMC)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Mühasib ( Promalt MMC )” qeyd etməyiniz xahiş olunur.

 

İnzibati işlər nəzarətçisi (Biləsuvar)

 Son tarix 27 iyl 2024 

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • İşgüzar, məsuliyyətli:
  • MS Office biliyi;

İş haqqında məlumat:

  • Təsərrüfat işləri nəzarətçisi müəssisənin və ya onun struktur bölmələrinin təsərrüfat xidməti üzrə işinə nəzarəti həyata keçirir.
  • Təsərrüfat avadanlığının saxlanılmasını, onun bərpa edilməsini, eləcə də otaqlarda və onlara əlavə edilmiş ərazilərdə təmizliyə riayət olunmasını təmin edir.
  • Otaqların vəziyyətinə nəzarət edir və onların vaxtında təmiri üzrə tədbirləri yerinə yetirir.
  • İşçiləri dəftərxana ləvazimatları və s. ehtiyacları təmin edir.
  • Təsərrüfat xidməti heyətinə rəhbərlik edir.

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə " İnzibati işlər nəzarətçisi  (Biləsuvar ) " yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.

 

Planlama üzrə mütəxəssis (İmişli)

 Son tarix 27 iyl 2024 

Namizədə aid tələblər:

  • Ali təhsil,
  • Sahə üzrə ən az 1 il təcrübə
  • Komanda ilə işləmək və ünsiyyət bacarığı,
  • Təqdimat bacarığı,

İş haqqında məlumat:

  • Fabrikanın ehtiyacı olan mal-materiallar üçün nomenklatura kodlarının açılması və kontrol edilməsi
  • Fabrikanın ehtiyacı olan materiallara  satınalma tələbləri  açmaq, satınalmadan gələn təkilfləri aidiyyəti şöbələrə yönləndirməsi,uyğunsuz sifarişlərin dəyişdirilməsi və ya ləğv edilməsi
  • Anbar qalıq miqdarların təqib edilməsi
  • Yoldakı malların və açıq sifarişlərin hesabatın hazırlanması və aidiyyəti şöbələri məlumatlandırılması
  • Təmin olunan mal-material sifarişlerin təslim miqdarların nəzarəti
  • Hazır məhsul nomenklatura kodların açılması
  • ARGE tərəfındən inkişaf edilən hər hansı bir yeni məhsulun fabrikada test olunması üçün qatqıların təmin edilməsinin təqibi
  • Satış planına əsasən istehsal planının hazırlanması
  • MRP əsasən ehtiyac sifarişlərin açılması
  • 1C sistemində istehsal planı açmağ və istehsalın reallaşmasını təqib etmək
  • Planlanan və reallaşan istehsal hesabatların hazırlanması
  • Günlük olaraq istehsal, yükləmə, tələb ve anbar qalıq miqdarlarını muəyyən edərkən çıxan uyğunsuzluqlarda anbarları xəbərdar etmək və lazımı tədbirlərin görülməsini təmin etmək.

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Planlama üzrə mütəxəssis  (İmişli)  " yazaraq göndərə bilər və ya hr.azersun.com ünvanından qeydiyyatdan keçib müraciət edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
1
fed.az

2Sources