EN

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Nazir:

Bakı, 27 iyun, AZƏRTAC

COP29 Məlumat Mərkəzi Bakıda ilk tanıtım mərkəzidir. Hesab edirəm ki, bu, həm öz vətəndaşlarımızın, həm də ölkəmizin hər bir qonağının COP tarixi, eləcə də COP29-la bağlı ətraflı məlumat alması və proseslərdən məlumatlı olması üçün yaxşı imkandır.

AZƏRTAC xəbər verir ki, bunu COP29 Məlumat Mərkəzinin açılışında iştirak edən COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində deyib.

M.Babayevin sözlərinə görə, COP29 Məlumat Mərkəzində könüllülər və mütəxəssislər çalışacaq, ziyarətçilərə Azərbaycanda keçiriləcək həmin mötəbər tədbirlə bağlı məlumat verəcəklər. Həmçinin qonaqlar Azərbaycanın təbiəti, ictimai həyatı, ölkəmizdə həyata keçirilən dövlət proqramları barədə informasiya əldə edə biləcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
14
azertag.az

10Sources