EN

Kamal Umudlu KL matçını idarə edəcək

Azərbaycanlı hakimlər briqadası UEFA Konfrans Liqasına təyinat alıb.

Apasport.az xəbər verir ki, FIFA referisi Kamal Umudlu I təsnifat mərhələsində Albaniyanın "Vlajniya" və İslandiyanın "Valyur" klubları arasında keçiriləcək cavab oyununu idarə edəcək.

Qarşılaşmada ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
8
apasport.az

10Sources