EN

Kiyevdə enerji obyektində partlayış baş verib

Kiyevin mərkəzindəki enerji obyektində yanğınla nəticələnən partlayış baş verib.

32gub.az bildirir ki, bu barədə şəhərin meri Vitali Kliçko öz Telegram kanalında məlumat verib .

“Paytaxtın Şevçenko rayonunda energetika obyektində partlayış və yanğın olub”, o yazıb.

Rəsmi həmçinin hadisə yerinə “bütün xidmətlərin” göndərildiyini bildirib.

İyunun 27-də Ukraynanın DTEK enerji şirkətinin icraçı direktoru Dmitri Saxaruk bildirib ki, Ukraynada yenilənmiş enerji obyektlərini qorumaq üçün hava hücumundan müdafiə sistemləri yoxdur.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
32gun.az

1Sources