EN

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

style='margin-bottom:10px;'>

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına start verilib.

QOL.az xəbər verir ki, ilk gündə Azərbaycan cüdoçusu Bahadur Feyzullayev (50 kq) qızıl medala yiyələnib.

O, finalda Ukrayna təmsilçisi Rostislav Kostrikinə qalib gəlib.

Eyni çəkidəki Məhəmmədəli Hüsiyev isə bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu gün Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da üçüncü yer uğrunda görüşə çıxacaqlar. Yarış iyunun 30-da başa çatacaq.

18:41

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
5
teleqraf.com

6Sources