EN

Boliviyada hərbi çevriliş - Prezident sarayına BASQIN EDİLDİ

Boliviyada iyunun 26-da hərbçilər dövlət çevrilişinə başlayıblar. Belə ki, ordu birləşmələri ölkə prezidenti Luis Arsenin sarayının qarşısındakı La Paz şəhərinin Murilyo mərkəzi meydanına zirehli texnika gətirib. Hökumət binası da məhz bu meydanda yerləşir.

 

Sfera.az xəbər verir ki, orduya bu yaxınlarda general rütbəsindən məhrum edilmiş Xuan Xose Zuniqanın rəhbərlik etdiyi bildirilir. Keçmiş general Xuan Xose Zuniqa ölkədə yeni hökumətin qurulacağını bildirib. Onun sözlərinə görə ölkə artıq bu ştatda mövcud ola bilməz.

 

"Bu gün ölkə çevriliş cəhdi ilə üz-üzədir. Bu gün ölkə yenidən Boliviyada demokratiyanın kəsilməsini təmin etmək məqsədi daşıyan maraqlarla üz-üzədir"- deyə prezident Arce bildirib. O, həmçinin qeyd edib ki, silahlı əsgərlər artıq sarayın qarşısında dayanıb.


Zirehli texnikanın dövlət başçısının sarayının girişinə çırpıldığı bildirilir.

 

Eyni zamanda, keçmiş general Zuniqa vətəndaşlara müraciət edərək bildirib ki, silahlı qüvvələrin üç komandiri ölkədə baş verənlərdən narazılığını bildirməyə gəlib.

 

“Yeni nazirlÉ™r kabineti olacaq, yÉ™qin ki, hÉ™r ÅŸey dÉ™yiÅŸÉ™cÉ™k, amma ölkÉ™miz daha belÉ™ mövcud ola bilmÉ™z. ÖlkÉ™mizi dağıtmaq, yoxsullaÅŸdırmaq, ordumuzu aÅŸağılamaq olmaz”.

 

Birləşmiş Ştatlar vəziyyəti diqqətlə izlədiyini bildirərək, sakitliyə və təmkinli olmağa çağırıb.

 

Çevrilişdən əvvəl baş verənlər:

 

Qeyd edək ki, Boliviyada 2025-ci ildə keçiriləcək ümumi seçkilər ərəfəsində gərginlik artıb. Solçu keçmiş prezident Evo Morales keçmiş müttəfiqi Arce ilə mübarizə aparmağı planlaşdırır. Bu, hakim Sosialist partiyasında böyük çatlaq və daha geniş siyasi qeyri-müəyyənlik yaradır.


Bir çox vətəndaşlar ölkəni 2006-2019-cu illərdə idarə etmiş, lakin kütləvi etirazlar nəticəsində devrilən və yerinə müvəqqəti mühafizəkar hökuməti gələn Moralesin geri qayıtmasını istəmir. Arce daha sonra 2020 seçkilərində qalib gəlib.

 

Xuan Xose Zuniqa bu yaxınlarda Moralesin prezidentliyə qayıda bilməyəcəyini deyib və buna cəhd etsə, onu bloklayacağı ilə hədələyib. Bunun üçün dövlət başçısı Arce generalı vəzifəsindən uzaqlaşdırıb.


Boliviyanın mərkəzi bank ehtiyatlarının azalması və qaz ixracı dayandığı üçün ölkənin iqtisadi yavaşlama ilə üzləşdiyi bildirilir. Üstəlik, dövlətin dənizə çıxışı yoxdur.

 

 

Aynil

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
1
sfera.az

2Sources