EN

Mərkəzi Bankın ehtiyatları rekord qırdı

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ehtiyatları tarixi pik həddinə çatıb.

Hafta.az-ın yazdığına görə, Mərkəzi Bankın ehtiyatları 14 iyun həftəsində əvvəlki həftəyə görə 149 milyon dollar artaraq 146 milyard 301 milyon dollara çatıb. Bu rəqəm bütün zamanların ən yüksək səviyyəsini əks etdirir. Son zamanlar valyuta alışını sürətləndirən Mərkəzi Bank qızıl ehtiyatlarını azaldıb. Bununla belə, ümumi ehtiyatların artımı davam edib.

Mərkəzi Bank həftəlik pul və bank statistikasını paylaşıb. İyunun 14-nə Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 2 milyard 77 milyon dollar artaraq 88 milyard 433 milyon dollar olub.

Bu dövrdə qızıl ehtiyatları 1 milyard 928 milyon dollar azalıb. Ümumi qızıl ehtiyatları 59 milyard 796 milyon dollardan 57 milyard 868 milyon dollara enib.

Valyuta ehtiyatlarında artım və azalma olduğu halda, ümumi ehtiyatlar baxımından əvvəlki həftə ilə müqayisədə 149 milyon dollar artım əldə edilib.

Beləliklə, ümumi ehtiyatlar 146 milyard 152 milyon dollardan 146 milyard 301 milyon dollara yüksələrək tarixi pik həddinə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
hafta.az

1Sources