EN

Belçikanın baş məşqçisi polislərdən və işıqforlardan narazı qalıb

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Ukrayna ilə heç-heçədən (0:0) sonra Avropa çempionatının təşkilindən şikayətlənib. Sport24.az xəbər verir ki, 39 yaşlı çalışdırıcı stadiona gələnədək çox vaxt itirdiklərini bildirib: 
 
"Biz stadiona indiyə qədər heç vaxt rastlaşmadığım şəraitdə gəldik. Polisin müşayiəti ilə oteldən stadiona getmək bir saat çəkdi. Yol tamamilə təmiz idi, lakin onlar saatda 20-25 kilometr sürətlə gedirdilər. Bütün işıqforlar qırmızı idi. Sonda komanda ilə danışmaq üçün cəmi iki dəqiqəm var idi və biz isinmə vaxtını qısaltmalı olduq. Bu, inanılmazdır".
 
Qeyd edək ki, Belçika millisi Avropa çempionatının 1/8 finalında Fransa ilə qarşılaşacaq. Qarşılaşma iyulun 1-də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
sport24.az

1Sources