EN

Quterreş BMT-dəki veto hüququnun ortadan qalxmayacağını bildirib

Quterreş BMT-dəki veto hüququnun ortadan qalxmayacağını bildirib

BMT-də veto mexanizmi heç bir halda aradan qalxmayacaq.AFN.az xəbər verir ki, bunu təşkilatın baş katibi Antonio Quterreş TASS-a müsahibəsində bildirib.“Veto ilə bağlı hələ də çox çətin bir məsələ var, heç bir halda veto mexanizmi aradan qalxmayacaq, lakin Təhlükəsizlik Şurası ilə Baş Assambleya arasında münasibətlərdə müəyyən irəliləyiş var.Veto qoyulan zaman Baş Assambleya Təhlükəsizlik Şurasından aydınlıq gətirir. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının iş metodlarında təkmilləşdirilə bilən aspektlər var. Şura problemi həll edə bilməyəndə BMT bütövlükdə bunun cəzasını çəkir. Buna görə də Təhlükəsizlik Şurasının effektivliyinin artırılması və legitimliyinin gücləndirilməsi vacibdir” - deyə Quttereş bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
afn.az

1Sources