EN

Məscidlərdə vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başladı

Bakı. Trend:

İyunun 27-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrəDövlət Komitəsi (DQİDK) tərəfindən İslam dininə aid ibadətyerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbətimüsahibə mərhələsi başlayıb.

Bu barədə Trend-ə qurumdanməlumat verilib.

Bildirilib ki, iyul ayının 1-də yekunlaşması nəzərdə tutulanmüsahibə prosesində qadın dini ayinlərin icraçısı vəzifəsi üçün 1vakant yer üzrə müraciət edən 59 namizədin seçimi aparılacaq.Seçimlər DQİDK-nın ilahiyyatçı mütəxəssislərdən təşkil etdiyiMüsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutundaaparılır. Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmiinternet saytında (scara.gov.az) elan ediləcək.

Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibəbitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri iləİslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın diniayinlərin icraçısı vəzifəsinə təyin olunacaq.

Müsahibənin 2-6 iyul tarixlərində keçiriləcək mərhələsində isə 6vakansiya (imam və imam müavini) üzrə 126 namizəd arasında seçimaparılacaq.

Hazırda seçimləri aparılan vakant vəzifələrə namizədlərinsənədlərinin qəbulu 13 dekabr-13 yanvar tarixlərində həyatakeçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
7
az.trend.az

7Sources