EN

Almaniya millisinin hücumçusu qolunu sındırdığı azarkeşdən ÜZR İSTƏDİ

Avropa çempionatının qrup mərhələsinin Almaniya - Şotlandiya (5:1) görüşündən əvvəl məşq zamanı topla azarkeşin qolunu sındıran Niklas Fyullkruq həmin tərəfdardan üzr istəyib.


Sfera.az "Bild"ə istinadən xəbər verir ki, qarşılaşmadan bir neçə dəqiqə əvvəl isinmə hərəkətləri zamanı qapının arxasında dayanan Kai Flatmann adlı azarkeşə tuş gələn zərbə onun qolunu sındırıb.

 

Hadisədən sonra azarkeşə imzalı formasını göndərən 31 yaşlı hücumçu ondan üzr istəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
1
sfera.az

2Sources