EN

Rusiya Bankı xarici valyuta satışını azaldacaq

Rusiya Federasiyası Mərkəzi Bankı ilin ikinci yarısında bazarda valyuta satışını 30% azaldacaq.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı bankdan məlumat verilib.

Bildirilib ki, ilin ikinci yarısında Rusiya Bankı daxili bazarda xarici valyuta satışını gündəlik 8,4 milyard rubla qədər azaldacaq. 

Bundan başqa, satışın dəyəri hər ay Rusiyanın neft və qaz profisiti, o cümlədən Maliyyə Nazirliyinin valyuta alqı-satqısı üçün ayıracağı vəsaitin miqdarından asılı olaraq tənzimlənəcək.

Gülşən Şərif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
bakivaxti.az

1Sources