EN

COP29UNEP-in icraçı direktoru: COP29-un iqlim fəaliyyəti istiqamətində böyük hədəfləri var

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iqlim fəaliyyəti istiqamətində böyük hədəfləri var.

“Far.Az” xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Yeni maliyyə hədəfləri: Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC), metanla mübarizə, şəffaflıq və s. üçün təkan yaratmaq. COP29-un iqlim fəaliyyəti istiqamətində böyük hədəfləri var. Əməkdaşlığın təfərrüatlarını müzakirə etmək üçün COP29-un prezidenti, nazir Muxtar Babayevlə görüşməyimə şadam”, - o qeyd edib.

İ.Andersen vurğulayıb ki, UNEP Tərəflər Konfransının uğurlu keçirilməsini dəstəkləmək üçün COP29 komandası ilə çalışacaq.

Chosen
129
far.az

1Sources