EN

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Maksim

Kiyev, 27 iyun, AZƏRTAC

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Maksim Rıjenkovu Belarusun xarici işlər naziri təyin edib. Bu barədə AZƏRTAC “BELTA”ya istinadla xəbər verir.

Bu günə qədər Maksim Rıjenkov Prezident Administrasiyasının rəhbərinin birinci müavini vəzifəsində çalışıb.

“Bilirəm ki, siz bütün bu müddət ərzində alma-materiniz və Xarici İşlər Nazirliyindəki əvvəlki işinizdən ayrıla bilmirdiniz, bu, çox yaxşıdır. Amma məni sizin fəaliyyətinizdə cəlb edən cəhət başqadır. Siz sərt, tələbkar insansınız. XİN-i qaydaya salmaq lazımdır. Mən açıq deyirəm: Xarici İşlər Nazirliyini silkələmək lazımdır ki, işləməyə başlasın”, - deyə Belarusun dövlət başçısı bildirib.

Dövlət başçısı xəbərdarlıq edib ki, heç kim Xarici İşlər Nazirliyinin işinə müdaxilə etməməli, naziri və nazirliyi əzməməli və onlara təzyiq göstərməməlidir. O, bununla əlaqədar Maksim Rıjenkovun xarakterinin keyfiyyətlərini qeyd edib və bildirib ki, prinsipcə, onunla belə cəhdlər uğursuz olacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
40
azertag.az

10Sources