EN

Pərviz Şahbazov BMT Baş katibinin müavini ilə görüşüb

BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersonla COP29 çərçivəsində fəaliyyətə və əməkdaşlığa dair müzakirələr apardıq.

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

"Neft-qaz sektorunda metan emissiyalarının azaldılması, ölkəmizdə aqro-fotovoltaikanın inkişaf etdirilməsi istiqamətlərində əməkdaşlıq, həmçinin Azərbaycanın enerji keçidinə töhfələri və 2026-cı ildə Bakıda Dünya Ətraf Mühit Gününün keçirilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik", - nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources