EN

Xaçmazda Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan daha üç döyüşçü dəfn edilib (FOTO)

Bakı. Trend:

Birinci Qarabağ müharibəsinin şəhidləri Baratov Hörmət Beytullaoğlu, Ağayev Şahlar Hüseynağa oğlu və Qasımov Adıgözəl Əmirsoltanoğlunun cəsədlərinin qalıqları Xaçmaz rayonunda dəfn edilib.

Trend xəbər verir ki, dəfnmərasimlərində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ElnurRzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidailələri, qazilər və ictimayyət nümayəndələri iştirak edib.

Şəhid Hörmət Baratov Nərəcan, Şahlar Ağayev Ağçay, AdıgözəlQasımov isə Keymərəz kəndində torpağa tapşırılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidlərimizinyaxınlarına bir daha baş sağlığı verib. Prezident İlham Əliyevinrəhbərliyi ilə hərbçilərimizin göstərdiyi rəşadətdən danışıb.Qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdəqalmadığını vurğulayıb.

Mərasimlərdə şəhidlərimizin tabutu üzərindəki Azərbaycanınüçrəngli bayrağı yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Şəhid Baratov Hörmət Beytulla oğlu 1975-ci ildəXaçmazın Nərəcan kəndində anadan olub.

1994-cü ilin aprel ayında Ağdamın Güllücə kəndi uğrunda gedəndöyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhid Ağayev Şahlar Hüseynağa oğlu 1973-cü ildə Xaçmaz rayonununAğçay kəndində dünyaya göz açıb. 1992-ci ilin iyul ayında Kəlbəcərvə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhid Qasımov Adıgözəl Əmirsoltan oğlu isə 1971-ci ildə Xaçmazrayonunun Keymərəz kəndində doğulub. 1992-ci ildə Laçın və Kəlbəcəristiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət eləsin!

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
1
az.trend.az

2Sources