EN

Problemin kökü-Ermənistan daxilində baş verən siyasi təlatümlər- ÖZƏL

"Münaqişəyə Azərbaycan ötən il son qoyub və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb"

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"İndiki proseslərə nəzərə salsaq görərik ki, bütün problemin kökü Ermənistan daxilində baş verən siyasi təlatümlərlə bağlıdır, zamanında bu ölkə Azərbaycana ciddi sorunlar yaratdı, torpaqlarımızı işğal altına saldı, yüz minlərlə əhalimizi öz evindən didərgin saldı, indi həmən problemləri Ermənistan özü öz daxilində yaşamaqdadır. Bir tərəfdən Qarabağdan gedən ermənilər, digər tərəfdən revanşist qüvvələrin baş qaldırması, Ermənistan hökumətinin Rusiya Federasiyası ilə olan problemləri imkan vermir ki, bu ölkə özünü normal vəziyyətə gətirib siyasi iradə tapıb konstitusiyasına düzəlişlər etsin, nəhayət sülh müqaviləsini imzalasın və Azərbaycana heç olmasa ilkin mərhələdə Naxçıvana yol çıxışı üçün  imkanı versin. 
Ochr("39")Braynın vurğuladığı konsepsiyanı bölgədə və qlobal səviyyədə təbliğ edən Azərbaycandır, orta dəhliz konsepsiyası, regional nəqliyyat və kommunikasiya layihələrinin hazırkı müəllifi və bunun üçün çalışan Azərbaycan tərəfidir və bunu yalnız sözdə deyil, real əməldə- fəaliyyətdə həyata keçirir. Ermənistan isə Fransa və digər havadarlarına uyaraq başqa dəhliz layihəsini irəli sürür. 
Əlbəttə ABŞ-nin Azərbaycanın da tərkib hissəsi olduğu və bunun üçün real səylər göstərdiyi Mərkəzi Siyasi və Çini birləşdirən nəqliyyat dəhlizlərini və sülhü vurğulaması həm ABŞ, həm də Azərbaycanın maraqlarına cavab verir. Odur ki, bununla bağlı əsas tələblər Ermənistan tərəfinə yönəlməlidir, rəsmi İrəvanla bu sahədə ciddi iş aparılmalıdır, Ermənistan tələblərə cavab vermək və regionda kommunikasiya qovşaqlarının diversifikasiyası üçün ən azı ilkin addım atmalıdır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
66
olaylar.az

1Sources