EN

"Bizə düşmən lazım deyil, elə özümüz özümüzə qənim kəsilmişik" - İTV-ni müdafiə etdi

"İTV AÇ-ni canlı yayımlayır, oyunlardan əvvəl və sonra canlı efirlər təşkil edilır, Almaniyaya ezam olunmuş çəkiliş qrupu maraqlı süjetlər və canlı bağlantılar təqdim edir. Adamlar bütün varlıqlarını ortaya qoyur, gərgin rejimdə çalışırlar".

AzxeberSport xəbər verir ki, bu sözləri tanınmış idman jurnalisti Ceyhun Rzayev deyib.

O bildirib ki, futbolu şərh edən jurnalistlər son dərəcədə peşəkardırlar:

"Bizim rusdilli ziyalılardan biri də post paylaşıb, öz aləmində şərhçilərdə səhv tutmağa çalışıb. Nəymiş? Ukraynalı futbolçuların adları yanlış tələffüz olunurmuş. Əslində səhv deyil. Məsələn, ruslardakı "Aleksandr", ukrayna dilində "Oleksandr" kimi səslənir. Amma SSRİ dönəmində ruslar "Oleksandr"ı özününküləşdirib "Aleksandr" eləmişdi, bizimkilər də elə bilirlər ki, elə bu cür də olmalıdı.Vallah, bizə düşmən lazım deyil, elə özümüz özümüzə qənim kəsilmişik.

Chosen
99
azxebersport.az

1Sources