EN

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Azərbaycana gəlib

Bakıda keçirilən “Baku Investment Day” (Baku ID) tədbiri çərçivəsində Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcının media nümayəndələri ilə görüşü keçirilib.

Görüş çərçivəsində Alper Gezeravcı “Baku ID” tədbirinin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Alper Gezeravci “Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” panel sessiyasında iştirak edib.

Panel müzakirəsinin sonunda tədbir iştirakçıları üçün Alper Gezeravcı ilə avtoqraf sessiyası nəzərdə tutulub.

Chosen
47
12
banker.az

10Sources