EN

Qarabağ qazisi xərçəngdən vəfat etdi - FOTO

Cəlilabad şəhər sakini, müharibə veteranı, mayor Mübariz Sayıl oğlu Qasımov vəfat edib.

News24.az bildirir ki, bu barədə Bakupost.az -a onun döyüşçü yoldaşları məlumat verib.

Bildirilir ki, 60 yaşlı M.Qasımov xeyli vaxtdır əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib.

Qeyd edək ki, M.Qasımov 1964-cü ildə Cəlilabad şəhərində anadan olub. Azərbaycan Dövlət Politexnik İnstitutunu (indiki Texniki Universitet) bitirib və ordu sıralarına yollanıb.

Daha sonra İjevsk şəhərində və Bakıda Maşınqayırma zavodlarında mühəndis kimi çalışıb. Qarabağ müharibəsinin başlandığı ilk günlərdən döyüşlərə yollanıb. Füzuli, Tərtər, Ağdərə, Goranboy uğrunda döyüşlərdə tank taqımı komandirliyindən əlahiddə taborun komandiri, hərbi hissənin kəşfiyyat rəisi vəzifələrinədək yüksəlib. O, “Azərbaycan Bayrağı” ordeniylə təltif edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
news24.az

1Sources