EN

Dzeko "Fənərbağça"dan ayrılır

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo məşhur futbolçunun klubdan ayrılmasına razılıq verib.

90deqiqe.Az "Fotospor"a istinadən məlumat verir ki, söhbət hücumçu Edin Dzekodan gedir. 38 yaşlı Dzeko Mourinyo ilə görüşüb və “Hayduk”a keçməsini istəyib. Portuqaliyalı çalışdırıcı təcrübəli futbolçunu istəyini qəbul edib.

Edin Dzeko ötən yaydan “Fənərbağça”da çıxış edir. O vaxtdan bəri bosniyalı komandanın heyətində 46 rəsmi oyun keçirib, bu oyunda 25 qol vurub və tərəfdaşlarına 10 məhsuldar ötürmə verib. Əlavə edək ki, nüfuzlu Transfermarkt portalı Edin Dzekonu 2,7 milyon avroya qiymətləndirir.

Chosen
106
90deqiqe.az

1Sources