EN

AŞPA-dan daha bir qərəzli mövqe

"AŞPA  "Ermənistanın üzərinə götürdüyü öhdəliklər" (demokratik təsisatlar) adlı qətnamə qəbul edib və bu dəfə də qərəzini ortaya qoyub. Ermənistanda demokratiya ilə bağlı danışan AŞPA diqqəti bu ölkənin daxilinə çevirmək əvəzinə, yenə də, Qarabağdan danışıb". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmədov deyib: " Konkret olaraq Assambleya qeyd edir ki, son münaqişə Ermənistana öz sənədində göstərildiyi kimi ciddi təsir göstərib. 2391 (2021) saylı Qətnamə "Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri/Dağlıq Qarabağ münaqişəsi" :Xüsusilə, hər tərəfdən öldürülən insanların sayından dəhşətə gəldiyini bəyan edilir və Üçtərəfli Bəyannamənin 8-ci bəndinə uyğun olaraq bütün erməni hərbi əsirlərin geri qaytarılması tələbini bir daha bəyan edir.  AŞPA ,  həmçinin mədəni və dini irsin əhəmiyyətini və onun qorunması və bərpası üçün zəruri mexanizmlərin yaradılmasının təcili ehtiyacını bir daha təsdiqləyir.  AŞPA, bir daha gərginliyin azaldılmasına və ya münaqişənin qurulmasına kömək etməyən çıxışların və ya hərəkətlərin sayının artmasına təəssüflənir.
 Ermənistanla Azərbaycan arasında normal münasibətlər.  Assambleya torpaq xəritələrinin Azərbaycana verilməsini alqışlayır
 minalar və tərəfləri bölgədə minalardan təmizləmə sahəsində əməkdaşlığı davam etdirməyə çağırır. 
 O, Dağlıq Qarabağ münaqişəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu çərçivəsində ədalətli və davamlı həllinə çağırışını bir daha çağırış edir.  Nəhayət, Qurum, İnsan Hüquqları üzrə Müvəkkilin özündə əks etdirdiyi tövsiyələrin həyata keçirilməsini dilə gətirir. 
 Göründüyü kimi, yuxarıda sadalananlar bir daha AŞPA nın hansı rəzil səviyyədə olduğunu göstərir. 
1.Azərbaycan dəfələrlə "Dağlıq Qarabağ" termininin keçmişdə qaldığını bildirmişdir. Azərbaycan daxilində Qarabağ İqtisadi Zonası var.
2. ATƏT- in Minsk Qrupuna qayıdış AŞPA- nın arxasında olan Makronun görə biləcəyi ən yaxşı halda yuxu ola bilər. Azərbaycan və Ermənistan arasında danışıqlar birbaşa davam etdirilir və heç bir üçüncü vasitəçiyə ehtiyac yoxdur.
3. Qarabağ erməniləri məsələsi Azərbaycan dövlətinin daxili işidir və bunun nə AŞPA, nə də Minsk qrupuna dəxli olmamalıdır. 2023 - cü ilin payızındakı antiterror tədbirləri vəziyyəti dəyişdi  və dialoqu qəbul etməyən ermənilər ərazilərimizi könüllü şəkildə tərk etdilər. 
4. Terrorçuları dustaq, əsir adlandıran AŞPA- dakı deputatlar bununla da, çirkabın içində olduqlarını və quldurları dəstəklədiklərini nümayiş etdirirlər.  Cinayətlarlar AŞPA -ya və digərlərinə nümunə olaraq Bakıda həbsxanadadırlar və bu mövzu hüquqi məsələdir, siyasi deyil. AŞPA əgər doğrudan da demokratiyadan danışmaq istəyirsə, o zaman azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı üçün Ermənistan hökuməti qarşısında məsələ qaldırmalı idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
olaylar.az

1Sources