Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir sıra yerli və beynəlxalq banklar qarşısında 3 milyard 976 milyon manat məbləğində qalıq borc öhdəliklərini ödəyib.

İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatında bildirilib.

Bu, 2022-ci illə müqayisədə 2 milyard 752 milyon manat və ya 40,9 % azdır.

Məlumata görə, bu məbləğə 80 milyon manat məbləğində istiqraz ödənişləri daxildir.

Həmçinin, SOCAR hesabat dövründə yerli və xarici maliyyə təşkilatlarından 2 milyard 529 milyon manat məbləğində yeni uzunmüddətli və qısamüddətli kreditlər cəlb edib. Bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 milyard 328 milyon manat və ya 34,4 % azdır.