EN

HadisəMədəniyyət Nazirliyinə bir milyon manata yaxın ziyan vurmaqda təqsirləndirilən sabiq direktor barədə qərar verilib

SİZİN REKLAM BURADA!055 213 76 73   BAKU.WS report-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun hökmdən verdiyi kassasiya şikayəti təmin olunmayıb.   Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittihamı ləğv edib və cəzası 3 ay azaldılaraq, 10 il 3 aya endirilib. Daha sonra Mehriban Rüstəmova barəsində bəraət hökmünün çıxarılması ilə bağlı Ali Məhkəməyə müraciət edib.   Xatırladaq ki, 2020-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əmək haqlarını mənimsəməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb.   Məlumata görə, Mehriban Rüstəmova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə çalışan müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib, həmin müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq vəsaitin əhəmiyyətli hissəsini tələb edərək külli miqdarda (910 min manat) pulu mənimsəməkdə şübhəli bilinib.   O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və israfetmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham edilib.   Cinayət işi üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş kimi tanınıb. BAKU.WS

Chosen
91
14
far.az

10Sources