EN

Rasim Bəhrəmov Cəlilabad Rayon Səhiyyə İşçilərinin Həmkarlar İttifaqının sədri seçilib

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Cəlilabad Rayon Səhiyyə İşçilərinin Həmkarlar İttifaqının hesabat-seçki konfransı keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, konfransda Respublika Səhiyyə Həmkarlar İttifaqının sədr müavini, Cəlilabad RMX-nın direktoru, direktor müavinləri, şöbə müdirləri və tibb işçiləri iştirak edib.
 
Tədbirdə 2017-2024-cü illər ərzində görülmüş işlərin hesabatı dinlənilib.
 
Daha sonra konfransın gündəliyinə uyğun olaraq Həmkarlar İttifaqının sədrinin seçilməsi müzakirəyə çıxarılıb.
 
Açıq səsvermə ilə Rasim Bəhrəmov Cəlilabad Rayon Səhiyyə İşçilərinin Həmkarlar İttifaqının sədri seçilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
aztibb.az

1Sources