EN

Qadınların göz yaşının kişilərə görün hansı faydası var imiş

Alimlər göz yaşlarının kişilərdə aqressiyanı neytrallaşdıran gizli gücə malik ola biləcəyini irəli sürüblər.

Publika.az xəbər verir ki, tədqiqatçılar müəyyən ediblər ki, qadınların göz yaşları kişi iştirakçılarda aqressiv davranışın və aqressivliklə bağlı beyin fəaliyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Göz yaşlarında olan kimyəvi siqnalların yaratdığı bu təsir laboratoriya siçanlarında sınaqdan keçirilib. Məlum olub ki, dişi siçanların göz yaşları erkəklər arasında aqressiyanı söndürən kimyəvi maddələr ifraz edir. Alimlər zəif erkəklərin bəzən necə ağlamağa başladığını da müşahidə ediblər ki, bu da dominant erkək gəmiricilərin onlara qarşı aqressiyasını azaldır.

Alimlər siçanlar üzərində təcrübə apardıqdan sonra kədərli filmlərə baxarkən ağlayan 6 qadın donorun göz yaşlarını toplayıblar. Sonra onlar 25 kişidən şans oyununda iştirak etməyi xahiş ediblər. İştirakçılar aldadılıb, başqa bir şəxsə qarşı oynadıqlarını düşünüblər. Əslində, onların rəqibi kompüter olub. Onlara digər oyunçunun pul itirməsinə səbəb olmaqla (özləri heç nə qazanmadan) geri qazanmaq imkanı təklif edilib.

Oyundan əvvəl kişilər ya qadınların göz yaşlarını, ya da plasebo - şoran məhlulu iyləyiblər. Hər iki qarışıq qoxusuzdur, buna görə fərqi ayırd edə bilmək olmur.

Nəticələr göstərib ki, bundan sonra rəqibdən qisas almaq məqsədi daşıyan aqressiya 43,7% azalıb. Bütün bunların etibarlılığını təsdiqləyən statistik təhlillər göstərib ki, təsadüfən belə bir nəticə əldə etmək ehtimalı cəmi 2,9% təşkil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
publika.az

1Sources