EN

"Əl-Qadisiya" "Real"ın kapitanı ilə müqavilə imzalayıb

Səudiyyə Ərəbistanının "Əl-Qadisiya" klubu müdafiəçi Naçonu transfer etdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bir neçə gün öncə "Real"dan ayrılmışdı.
 
Futbolçu Səudiyyə Ərəbistanı klubuna azad agent kimi keçib.
 
Naço karyerası ərzində ancaq "Real"da çıxış edib və Madrid klubunun kapitanı olub.

Chosen
143
sport24.az

1Sources