Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov Komissiyanın bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, Ağdərə rayonunun yaradılması ilə bağlı Tərtər, Kəlbəcər və Ağdam rayonlarının inzibati sərhədlərində dəyişiklik edilib: “Buna görə də qanunvericilikdə müəyyən uyğunlaşdırmalar aparılmalıdır. MSK tərəfindən bu məsələ ilə əlaqədar müvafiq addımlar atılıb”.
Gülnar Əliyeva