EN

Yüksək qabiliyyətə malik Azərbaycan ordusu ŞƏRH

Azərbaycan ordusu 1918-ci ildə ağır ictimai-siyasi bir vəziyyətdə yaradılmışdır. Həmin il may ayının 28-də öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti ölkənin və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə milli ordu yaradılması barədə qərar qəbul etdi. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Silahlı Qüvvələri də fəaliyyətini dayandırmağa məcbur oldu. Həmin dövrdən 106 il keçdikdən sonra Müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin malik olduğu hərbi durum öz sələfi ilə müqayisədə ölçüyə gəlməz üstünlüyə malik olması göz önündədir.Əgər Cümhuriyyət dövründə ordu daxili və xarici düşmən qüvvələrin dəf edilməsinin öhdəsindən gələ bilməmişdisə, Müzəffər ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək yenidən öz ərazi bütövlüyünü bərpa etdi.u günkü güclü, müasir silahlara malik, yüksək hazırlıqlı peşəkar Azərbaycan ordusu hazırki duruma birdən-birə nail olmamışdır. Hamıya məlum olduğu kimi ötən əsrin 90-cı illərində ölkəmizdə ağır içtimai-siyasi vəziyyət hökm sürürdü. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə xaos, anarxiya baş alıb gedirdi. Ordu yox dərəcəsində idi. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri ardıcıl olaraq Azərbaycan torpaqlarını işğal etməyə nail oldu.

Ölkənin bu çətin durumunda xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün bir sıra təxirəsalmaz vəzifələri həll etdi. Bunlardan biri də nizami ordunun yaradılması idi.

Ulu Öndər həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə qısa müddət ərzində bütün sahələrdə müsbət irəliləyişlər əldə edildi. Dünyanın aparıcı dövlətləri ilə siyasi əlaqələrin qurulması, atəşkəsin əldə edilməsi, dünyanın aparıcı neft şirkətləri ilə kontraktların bağlanması ölkənin həm iqtisadiyyatının, həm də beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı.

1993-cü ilin iyun ayının 15-dən başlayan ordu quruculuğu tezliklə öz bəhrəsini verməyə başladı. Ulu Öndərin başlayıb axıra çatdıra bilmədiyi taleyüklü məsələləri onun siyasi varisi cənab İlham Əliyev uğurla dvam etdirdi. Prezident seçildikdən sonra cənab İlham Əliyev ordunun NATO standartlarına uyğun qurulması üçün qardaş Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirdi. Ordunun ən müasir silahlarla təchiz edilməsi Ali Baş Komandanın daim diqqətində saxlanırdı. Bu görülən işlər 2020-ci ildə Ermənistanın növbəti təxribatına cavab olaraq 27 sentyabrda başlanan və 44 günlük müharibə və 2023-cü ilin sentyabrın 19-da keçirilən 23 saatlıq antiterror əməliyyatları Azərbaycan Ordusunun böyük qələbə qazanmasına gətirib çıxardı.

İndi Azərbaycan Xalqı fəxr edir ki, bu ölkənin qarşıya qoyulan bütün hərbi vəzifələri icra etməyə qadir olan Ordusu var.

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources