EN

Pentaqon 62 milyon dollarlıq silahı tapa bilmir

Pentaqon Ukraynaya təhvil verilən 62 milyon dollar dəyərindəki silah haqda məlumatsızdır, onu tapa bilmir.

Publika.az xəbər verir ki, "Daily Caller" bu barədə ABŞ Müdafiə Nazirliyinin baş müfəttişinin hesabatına istinadən məlumat yayıb.

Qeyd edilir ki, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığına Ukrayna qoşunları tərəfindən texnikanın itirilməsi ilə bağlı vaxtında məlumat verilməyib, baxmayaraq ki, bu hesabatlar standartlara uyğun olaraq mütləq təqdim edilməlidir.

Məlumata görə, hərbi texnikanın itirildiyi andan hesabata qədər 301 gün keçib, prosedur isə belə hallarda 30 gün ərzində hesabatın təqdim edilməsini nəzərdə tutur.

Məqalə müəllifləri onu da qeyd edirlər ki, hesabatların verilməsində yaranan problemlər nəticəsində bu gün ABŞ 2023-cü ilin noyabrına qədər Ukraynaya tədarük edilən hansı avadanlıqların məhv edildiyini, itirildiyini və ya yönləndirildiyini sadəcə olaraq bilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
publika.az

1Sources