EN

Avropa çempionatında Azərbaycan yarımfinalı

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatına start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 9 cüdoçusu tatamiyə çıxıb.

İdmançılarımızdan ikisi artıq yarımfinala adlayıb. Daha bir cüdoçumuz təsəlliverici mərhələyə adlayıb.

Oğlanlar
50 kq

Bahadır Feyzullayev ilk görüşdə Maykl Eydana (İsrail), ardınca Furkan Gülə (Türkiyə) qalib gəlib.
Məmmədəli Hüsiyev Nelu Malik (Moldova) və Tomas Gedoni (İtaliya) üzərində qələbələri sıralayıb.

Yarımfinalda təmsilçilərimiz üz-üzə gələcək.

55 kq
Nihad Məmişov ilk görüşdə Aleks Miloşeviçə (Serbiya) uduzub.

60 kq
Nihad Rəhimov öncə Kyartan Qrey (İslandiya), ardınca Tomas Palilloya (İtaliya) qalib gəlsə də, 1/4 finalda Yakub Kurovskiyə (Polşa) uduzub. O, yoluna təsəlliverici mərhələdə davam edəcək.

Qızlar
40 kq

Xədicə Abdullayeva ilk qarşılaşmasında Ema Vasilyevaya (Bolqarıstan) məğlub olub.

44 kq
Leyla Ələkbərova Stella Papai (Macarıstan) və Yuvay Qabaya (Macarıstan) qalib gələrək 1/4 finala adlayıb.

Nərmin Məmmədli Xantia Stilianu (Kipr) üzərində qələbədən sonra Yeva Evinqə (Böyük Britaniya) məğlub olub.

48 kq
Diana Eldarova Noa Hadar (İsrail) və Xrisrina Xristoforu (Kipr) mübarizədən kənarlaşdırıb. O, Şarlotta Nittesneymə (Almaniya) uduzub.

Nuranə Hacızadə isə Petra Culyaka (Bosniya və Herseqovina) qalib gəlsə də, 1/8 finalda Elif Kılıcla (Türkiyə) bacarmayıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
8
idman.biz

9Sources