EN

"Hələ də kimsə hay-küy salar deyə qiymət yazan müəllimlər var" - Nazir

"Hər bir müəllimi narahat etməlidir ki, qonşu otaqda işləyən adam nə qədər bu adı doğruldur. O adı aşağı salanda, sizin də nüfuzunuz aşağı düşür".

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə deyib.

Nazir bildirib ki, müəllim nüfuzunun keşiyində duranlar ilk növbədə müəllimlər olmalıdır:

"Hələ də kimsə hay-küy salar deyə qiymət yazan, diplom verən müəllimlər var. Bu, səhvdir. Qiymət yazmaq müəllimin əsas silahıdır. Onu necə gəldi istifadə etmək olmaz".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
2
unikal.az

3Sources