EN

Rusiya qarışdı: 30 min miqrantı tutub müharibəyə göndərdilər

Rusiya İstintaq Komitəsinin (İQK) sədri Aleksandr Bastrıkin bildirib ki, Rusiya pasportu almış 30 mindən çox miqrant ölkədə hərbi qeydiyyata alınıb. Onun sözlərinə görə, bunlardan 10 mini cəbhə bölgəsinə göndərilib.

Publika.az xəbər verir ki, bu barədə geniş məqalə Rusiya mətbuatında yer alıb.

Bildirilir ki, Bastrıkin həmçinin əcnəbilərin Rusiya vətəndaşlığını alması ilə eyni vaxtda hərbi qeydiyyata alınmasına çağırıb.

"Bizdən soruşurlar ki, onlar orda nə üçün lazımdır? Yoldaşlar, səngərlər qazın və istehkamlar tikin. Bunun üçün həqiqətən yaxşı, işləyən əllər lazımdır", - deyə Bastrıkin bildirib.

O, əvvəllər orduda iştirakdan imtina etdikləri üçün miqrantları vətəndaşlıqdan məhrum etməyi təklif etmişdi.

"Əgər kimsə Rusiya vətəndaşı kimi hərbi borcu yerinə yetirməyə hazır deyilsə, belə bir şəxsin vətəndaşlıqdan məhrum edilməsi haqda qərar qəbul etmək lazımdır", - Bastrıkin bildirib.

Bundan əvvəl Çelyabinsk vilayətində onlarla miqrant sürücülük vəsiqələri ilə birlikdə hərbi komissarlığa çağırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
publika.az

1Sources