"Ümumilikdə 40% müəllim riyaziyyat fənni üzrə yüksək nəticə göstərib. Elə bölgələr var ki, hər beş müəllimdən biri riyaziyyat fənni üzrə sertifikatlaşdırılması prosesində nəticə göstərə bilməyib".
E-huquq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, suallar həmişə standartlara uyğun yazılır:
"Amma hələ də hazırlığa ehtiyacı olan müəllimlər var. Riyaziyyat fənni üzrə müəllimlər düstur və anlayışda yüksək nəticə əldə etsələr də, onların məsələ həllində təkmilləşməyə ehtiyacları var".