EN

Respublika QİÇS-lə Mübarizə Mərkəzi xəstəxana və sağlamlıq mərkəzlərində çalışan tibb personalı üçün təlim təşkil edib  

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Qlobal Fondun dəstəyi ilə “İİV-in diaqnostikası və müalicəsində müasir yanaşmalar, təmasdan sonra (PEP) profilaktika” mövzusunda təlim keçirib.
 
RQMM-dan Aztibb.az-a verilən məlumata görə, təlim ölkəmizin müxtəlif xəstəxana və sağlamlıq mərkəzlərində çalışan orta tibb personalı üçün təşkil edilib. Məqsəd İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqla İİV-in yayılma səviyyəsinin və QİÇS ilə bağlı ölüm hallarının azaldılmasıdır.
 
Tədbirdə iştirakçılara Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, RQMM-də İİV-ə görə aparılan müayinələr, İİV indikator xəstəlikləri və müalicəsi, təmasdan sonra profilaktika tədbirləri, Təmasdan Öncə Profilaktika (TÖP), İİV-lə yaşayan insanlara qarşı stiqmanın aradan qaldırılması barədə təqdimatlar edilib, mövzu ətrafında müzakirələr aparılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
aztibb.az

1Sources