EN

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

Nazir

Bakı, 27 iyun, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 1-də saat 09:00-da Ağsu şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qobustan, Şamaxı, İsmayıllı, Ağsu və Kürdəmir rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə AZƏRTAC-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula iyunun 29-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Chosen
89
17
azertag.az

10Sources