EN

Rusiya İstintaq Komitəsi sədrinin Dövlət Duması haqda sözləri qalmaqal yaradıb

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiya Dövlət Dumasını "Qosdarstvennaya Dura" adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Peterburqda keçirilən Beynəlxalq Hüquq Forumunun iclası çıxışı zamanı miqrasiya məsələləri müzakirə olunarkən Bastrıkin Dövlət Dumasının ölkədə miqrantlarla bağlı vəziyyətə etinasız yanaşmaqda ittiham edib.

"Mən həqiqətən bilmək istərdim ki, bizim" Qosudarstvennaya Dura"mız nə vaxt yaxşı qanunlar qəbul edəcək", - deyə Rusiya İstintaq Komitəsinin sədri ölkə parlamentinin aşağı palatasını təhqir edib.

Dövlət Dumasını spikeri Vyaçeslav Volodinin Bastrıkinin məlum açıqlamasına reaksiyası özünü çox gözlətməyib. Volodin bildirib ki, İstintaq Komitəsinin rəhbəri "Qosdarstvennaya Dura" ifadəsi ilə xalqı təhqir edib, çünki deputatları vətəndaşlar seçirlər.

Qeyd edək ki, Bastrıkin Rusiyada tez-tez miqrantlar əleyhinə sərt açıqlamaları ilə gündəmə gələn dövlət rəsmisidir. O, Peterburq Hüquq Forumunda çıxışında Rusiyada miqrasiya qanunun sərtləşdirilməsini, qanunu pozanların məsuliyyətinin artırılmasını təklif edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
4
apa.az

5Sources