EN

İlon Maskın şirkəti NASA-dan 1 milyard dollarlıq sifariş alıb

NASA Beynəlxalq Kosmik Stansiyanı orbitdən çıxaracaq və 2030-cu ildə təhlükəsiz şəkildə məhv edilməsini təmin edəcək gəmi inşa etmək üçün SpaceX-i seçib.

Azpost.info xəbər verir ki, bunu NASA-nın Baş Qərargahında Kosmik Əməliyyatlar üzrə köməkçi administrator Ken Boversox bildirib. .

Beynəlxalq Kosmik Stansiya 1998-ci ildə inşa olunub və beş kosmik agentlik (Rusiya, ABŞ, Avropa, Kanada və Yaponiya) tərəfindən idarə olunur. Stansiya Yerdən təxminən 400 km yüksəklikdə orbitdədir, çəkisi 400 tondan artıqdır.

Roskosmos və NASA-nın 2024-cü ilin aprelinə olan məlumatına görə, 23 ölkədən 280 nəfər (167 ABŞ vətəndaşı, 60 Rusiya, 11 Yaponiya) stansiyanı ziyarət edib.

İlon Maskın şirkətinin qazandığı müqavilənin həcmi 843 milyon dollardır. O, stansiyanın orbitdən çıxarılması missiyasını yerinə yetirəcək, lakin bütün beş agentlik orada iştirak edəcək.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
azpost.info

1Sources