EN

Kərə yağı bahalaşdı: Bizi "yağlayanlar" kimlərdir? -RƏY

Ölkədə satılan kərə yağlarının qiyməti bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb.
Beləliklə, may ayında ilin əvvəli ilə müqayisədə yerli kərə yağının qiyməti 2,3 faiz bahalaşıb. Əgər yanvar ayında idxal kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 19,53 manat idisə, may ayında bu rəqəm 19,79 manat olub. Bu da 1,3 faiz artım deməkdir.

 İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev “Sherg.az”a bildirib ki, istehlak bazarına baxdıqda bu il qiymətlərdə əvvəlki illərə nisbətən artımlar olduğunu müşahidə edirik:

“Digər qida məhsullarının qiymətlərində də artımlar müşahidə edilir. Azərbaycana kərə yağı həm xaricdən idxal olunur, həm də daxildə istehsal edilir. İstehsal prosesində olan məhsulların inqridiyentləri və tərkib hissələrinin qiymətlərində isə artım baş verib. Bu da istehsal prosesinə təsir göstərərək qiymətlər yüksəldib. Ümumiyyətlə xaricdən gələn məhsullarda və dünya bazarında qiymət artımı müşahidə edilir. Bu da bizim ölkəyə gətirilən zaman qiymətlərə öz təsirini göstərir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
sherg.az

1Sources