EN

Bəxtiyar Həsənalızadə də Türkiyə klubundan ayrıldı

Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyə 1-ci Liqasını tərk edən “Tuzlaspor”dan ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2023/2024 mövsümünü 16-cı pillədə başa vuraraq aşağı liqaya düşüb.

Bu üzdən əksər futbolçular komandanı tərk ediblər. Həsənalızadə də komandada qalmaq istəməyib. Azərbaycanlı futbolçunun bu yay ölkəmizə qayıdaraq yerli klublardan biri ilə müqavilə bağlaması gözlənilir.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlamışdı. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 20 oyuna çıxıb. O, bu oyunlarda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Həsənalızadə ötən yay “Sabah”dan azad agent kimi ayrılmışdı. O, bir müddət aldığı təklifləri dəyərləndirdikdən sonra “Kəpəz”ə keçmişdi. Lakin “Tuzlaspor”dan aldığı təklif ona daha cəlbedici göründüyü üçün müdafiəçi Gəncə klubunda debüt etmədən Türkiyəyə üz tutmuşdu.

Bəxtiyar daha öncə “Sabah”dan başqa “Sumqayıt” və “Zirə”də də forma geyinib. O, Azərbaycan milli komandasında 4 oyun keçirib.

Qeyd edək ki, Türkiyədə forma geyinən digər milli üzvlərindən Coşqun Diniyev və Şahruddin Məhəmmədəliyev də müvafiq olaraq “Ümraniyəspor” və “Adana Dəmirspor”dan ayrılıblar.

Chosen
72
arena.az

1Sources