EN

Mourinyonun ''Fənər''də arzusu qismən həyata keçdi

''Fənərbaxça''nın yeni baş məşqçisi Joze Mourinyo təyinatından sonra ''ümid edirəm ki, AÇ-də iştirak edən futbolçularımız tezliklə mübarizəni dayandırıb aramıza qatılacaqlar'' açıqlamasını vermişdi.

Ünlü portuqaliyalı mütəxəssisin arzusu yavaş-yavaş həyata keçir. Belə ki, İstanbul nəhənginin AÇ-də çıxış edən hər 3 əcnəbi futbolçusu üçün turnir artıq başa çatdı. Söhbət polşalı Sebastyan Şimanski, serbiyalı Duşan Tadiç və xorvatiyalı Dominik Livakoviçdən. Onların komandaları qrup mərhələsi səddini aşa bilmədi. İndi bu futbolçular 15 günlük tətilə çıxıblar. Onların iyulun 10-11-də ''Fənər''in hazırlıqlarına qoşulacağı gözlənilir. Artıq AÇ-də yalnız ''sarı-lacivərdlilər''in yerli oyunçuları qalıb. Söhbət Türkiyə yığmasının düşərgəsində olan Mərt Müldür, Fərdi Kadıoğlu, İsmayıl Yüksək və İrfan Can Kahvecidən gedir.

Xatırladaq ki, qrup mərhələsi səddini uğurla dəf edən qardaş ölkənin komandası 1/8 finalda iyulun 2-də Leyptsiq şəhərində Avstriya ilə qarşılaşacaq.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources