EN

“Bir çox ticarət şirkətləri Rusiya ilə əməkdaşlıqdan imtina edəcək” – Ruslan Şevçenkonun RƏYİNDƏ - ÖZƏL

Artıq 2 ildir ki, Qərb alyansı Rusiya Federasiyasına siyasi-iqtisadi sanksiyalar tətbiq etməkdədir. Kreml bütün bu təzyiqlərə rəğmən dayannıqlı statistika nümayiş etdirsə də, ölkə müəyyən sahələrdə ciddi zərər görüb.

Rusiya bütün bu sanksiyalardan necə təsirlənib?

“Daha iddialı xarakter daşıyan ilk 10 sanksiya paketindən fərqli olaraq, son sanksiya əsasən “tamamlayıcı” rol oynayır. Burada mayeləşdirilmiş təbii qazın Avropa limanları vasitəsilə tranzitinə qadağa qoyulur. Bu keçidlər əvvəllər Rusiya Federasiyasına böyük gəlirlər gətirirdi. Rusiya müxtəlif ölkələrin bayraqları ilə üzən nəhəng tanker donanmasından istifadə edərək, bu marşrutların görünməməsi ümidi ilə onları dayandırdı.”

Bu fikirləri Ednews-a müsahibəsində moldovalı politoloq, analitik və tarixi elmlər doktoru Ruslan Şevçenko bildirib. Ekspertin sözlərinə görə, gələcəkdə bir çox ticarət şirkətləri Rusiya ilə əməkdaşlıqdan imtina edəcək:

“Bu ticarət marşrutların hamısına diqqətli nəzarət mövcud idi, sadəcə olaraq indi müvafiq tankerlərə və onların sahiblərinə qarşı sanksiyalar tətbiq edilib. Gələcəkdə onların bir çoxu Rusiya ilə əməkdaşlıqdan imtina etmək məcburiyyətində qalacaq, bu da onun qaz ixracından əldə etdiyi gəlirləri xeyli azaldacaq. Əslində sanksiyaların məqsədlərindən biri də bu idi.”

Sanksiyaların davam etməsi təkcə Rusiyanın xarici ticarət dövriyyəsi 1/3 qədər azaltmayacaq, həm də xarici məhsulların daha yüksək faizlərlər satılmasına yol açacaq:

“Amma tətbiq edilən sanksiyalar bununla məhdudlaşmır. Hazırkı, 14-cü sanksiyalar paketi “SWIFT”-in bir növ analoqu olan Rusiya Federasiyası Mərkəzi Bankının Maliyyə Mesajlarının Göndərilməsi Sisteminə (SPFS) təsir edir. Bunun ikiqat nəticəsi olacaq. Birincisi, Rusiya Federasiyasının bir sıra xarici ölkələr ilə ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə, təxminən 1/3 azalacaq. Bunlar əsasən, MDB ölkələrinin və Rusiyaya “dost” ölkələrin banklarıdır. İkincisi, Rusiya Federasiyasına gətirilən bir çox idxal mallarının, ilk növbədə elektronika məhsullarının qiyməti 15-20% artacaq.”

Ekspert bildirib ki, Rusiya iqtisadiyyatı müharibə iqtisadiyyatına uyğunlaşdırılsa da, müharibədən sonra ölkə sənayelərində xaotik vəziyyət hökm sürəcək:

“Bütün bunlar Rusiya Federasiyasının büdcəsində gəlir hissəsinin əhəmiyyətli dərəcədə azalmasına, sənayenin rolunun azalmasına və Rusiya iqtisadiyyatında hərbi-sənaye kompleksinin rolunun daha da artmasına səbəb olacaqdır. Müharibə zamanı Rusiya iqtisadiyyatının böyüməsinə səbəb müdafiə sənayesinə qoyulan investisiyalar və artan istehsalat həcmidir. Buna görə də, çox yaxın gələcəkdə, Ukraynada müharibə başa çatdıqdan sonra, Rusiya iqtisadiyyatı yenidən dinc əsaslarla bu və ya digər şəkildə bərpa edilməli olanda, onun bir sıra sənaye sahələrinin fəlakətli iflası aydın görünəcək və hər kəs üçün danılmazdır.”

1705661700_1.jpg

Qərbin sanksiyaları Rusiyanın elm və mədəniyyət sahələrinə də ciddi zərər vuracaq:

“Başqa bir sanksiya isə, Rusiya vətəndaşlarının Avropadan mülkiyyət almaq məhdudiyyətidir. Bu həm mənədiyyət-incəsənət işçilərinə, həm də hər iki tərəfin yerli biznesmenlərinə zərbə vurur. Bu məhdudiyyət həm iqtisadi, həm də mədəni sahədə də ciddi nəticələrə səbəb olacaq. Rusiya şirkətləri tərəfindən yaradılan hər hansı texniki yeniliklər, ixtiralar və s. Qərbdə tanınmayacaq. Bu, təkcə rus elmini və texnologiyasını müasir Qərb modellərindən ayırmır, həm də onun deqradasiyası və yenidən orta əsrlərə atılması prosesini sürətləndirir.”

Moldovalı politoloq Putinin Şimali Koreyaya rəsmi səfərinin bu sanksiyaların həyata keçirilməsini sürətləndirdiyini vurğuladı:

“İlk baxışdan belə bir fərziyyə üçün bəzi əsaslar var, çünki 14-cü sanksiyalar paketi Vladimir Putinin Şimali Koreyaya uğurlu səfərindən və iki ölkə arasında bir sıra əməkdaşlıq sazişlərinin imzalanmasından dərhal sonra elan edilib. Amma, nəzərə almaq lazımdır ki, bu sanksiyalar artıq bir neçə aydır ki, hazırlanırdı. Bunlardan bəzilərinin məzmunu haqqında dəfələrlə məlumat da verilib. Ona görə də deyə bilərik ki, Putinin səfəri Qərbdə bu sanksiyalar paketinin təsdiqini bir qədər sürətləndirdi.”

Fərid Axund

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
ednews.net

1Sources