EN

Astarada bir çox evləri su basdı - FOTO

Şiddətli yağışlardan sonra Astara rayonunda fəsadlar yaşanıb. Rayonun bir neçə kəndi ciddi ziyan çəkib. Eləcə də rayonun Seləkəran kəndində şəxsi evlər subasmaya məruz qalıb. 

Bu barədə kənd sakini Mahir Kərimov Bizim.Media-ya danışıb.

Onun sözlərinə görə, evinin zirzəmisi su ilə doldugundan ora yıgdıgı tikinti materialları, o cümlədən 1 tona yaxın sement məhv olub:

"Üstəlik külək həyətdəki qoz ağacını aşırıb. Xoşbəxtlikdən ailə təhlükəsiz yerdə olduğundan xəsarət alan olmayıb". 

Hazırda sözü gedən kəndin bir qismində elektrik enerjisi kəsilib.




Sabutay, Bizim Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
bizim.media

1Sources