EN

Fransanın üfüqündə siyasi böhran: Makron "era"sı bitir - TƏHLİL

Formal olaraq, hər şey Fransa prezidentinin Milli Assambleyanın və parlamentin buraxılması ilə bağlı xalqa müraciətindən sonra başladı. Parlament seçkilərinin birinci turu iyunun 30-na, ikinci turu iyulun 7-nə təyin edildi.

Bakupost.az xəbər verir ki, bu barədə Stoletie.ru-da dərc olunan "Makron taxtını itirir" başlıqlı məqalədə bildirilir.





Qeyd olunur ki, Makron Avropa Parlamentinə seçkilərin ilkin nəticələrindən sonra qəribə qərar verdi. Onun "Renessans" Partiyası cəmi 14,6%, Marin Le Penin partiyası isə 31,4% səs topladı.

Məqalədə qeyd olunub ki, iyunun 18-də respublika prezidenti nəhayət, parlamenti buraxmasının səbəblərini izah etmək üçün regional mətbuat nümayəndələri ilə görüşmək istəyib. Bundan əlavə, o, 7 iyul seçkilərindən sonra nə etmək niyyətində olduğunu jurnalistlərlə bölüşüb.

Fransanın “La Depeche” qəzeti bu görüş haqqında ətraflı məlumat yayıb.

“Siz niyə mənim əzab çəkməyimi istəyirsis? Mən parlamentin buraxılmasına görə bir saniyə də olsun, peşman deyiləm”, - Makron deyib.

Məqalədə qeyd olunur ki, onun verdiyi qərar heç də qeyri-ciddi olmayıb - o, hər şeyi əvvəlcədən düşünüb:

"Müxalifət payızda hökumətə etimadsızlıq səsverməsi keçirəcəyi ilə hədələyib. Hökumətin dağılması ilə bağlı mümkün problemi gözləmədən Makron qabaqlayıcı addım atmağı seçib. Onun izahatı, etiraf etmək lazımdır ki, o qədər də inandırıcı deyil.

Üstəlik, Makron fransızların parlamentin buraxılmasına reaksiyasını şərh etməkdən imtina edib. O, gözəl başa düşür ki, Fransa ona qəzəblidir. Lakin o, bunun üzərində dayanmaq niyyətində deyil və irəliyə doğru addım atmaq istəyir. Makronun gələcəkdə hakimiyyəti saxlamaq imkanını inkar etmək olmaz - şübhəsiz ki, Fransanın hazırkı prezidenti də daxil olmaqla marionet siyasətçilər daha əlverişsiz şəraitdə vəzifələrində qalıblar. Məsələn, Covid-19 böhranı zamanı Kanada yük maşınlarının əsl qiyamına səbəb olan və bir müddət əvvəl SS veteranını Kanada parlamentinə dəvət etməklə məşhurlaşan Castin Trüdonu götürək.

Amma yenə də Fransa mətbuatında Makrondan açıq-aşkar narazılıq ifadə olunur. Hətta “Le Figaro” və “Le Monde” kimi qəzetlərin loyal hakimiyyəti də prezident haqqında xoşagəlməz bəyanatlar verməkdən çəkinmirlər. "Le Figaro" yazır ki, Makronun tərəfdarları dövlət başçısının gözlənilməz qərarından sonra hələ də özünə gələ bilmirlər".

Müəllifin fikrincə, təəccüb və qəzəb o qədər böyükdür ki, bəzi insanlar Makronizm səhifəsini çevirmək niyyətindədirlər:

"Fransa prezidentini çətin ki, öz adına hansısa hərəkat yarada bilən fiqur adlandırmaq olsun. O, Şarl de Qoll və ya Fransua Mitteran deyil. "Makronun tərəfdarları" deyiləndə 2017-ci il seçkiləri zamanı onu dəstəkləyən və sonra yüksək vəzifələrə təyin olunan şəxslər nəzərdə tutulur. İndi bu adamlar əsasən, bizneslə məşğul olur və “öz” prezidentlərini kənardan izləyirlər. Lakin Makronun son qərarları fonunda, onlar, əksər fransızlar kimi, "çaşqınlıq və anlaşılmazlıq arasında vurnuxurlar"".
"Le Monde" isə yazır: "Partiyaları tələyə salmaq üçün parlamenti buraxan Emmanuel Makron özü tələyə düşdü.

Parlamentin buraxılması barədə bədnam qərardan bir gün sonra - iyunun 10-da, bazar ertəsi günü Makron 1944-cü il iyunun 9-10-da SS qoşunları tərəfindən dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin 80-ci ildönümünün qeyd edildiyi Oradur-sür-Qlan şəhərinə səfər etdi.

Tədbir zamanı Yelisey sarayına yaxın olan yüksək vəzifəli bir şəxs prezidentə yaxınlaşaraq, ona dəstək məqsədilə dedi: "Hər şey qaydasındadır? Bu günlər çox çətin keçmir ki?" Makron buna təbəssümlə cavab verdi: “Qətiyyən! Mən bir neçə həftədir ki, hazırlaşırdım. Mən çox şadam. Mən onların ayaqları altına qumbara atdım, görək nə edə bilirlər...""





Fransa Prezident Administrasiyası yazılanları təkzib edir və bu deyilənlərin təsdiqini tapmadığında israr göstərir. Lakin "Le Monde" yazır ki, dərc olunmuş dialoq etibarlı mənbələrdən əldə olunub, ona görə də yazılanlar doğrudur:

"Bəs axı bir dəfə Makron siyasətə və siyasətçilərə nifrət etdiyini, intriqadansa, hərəkətə keçməyə üstünlük verdiyini deyib.nAncaq budur, iyunun 12-də keçirdiyi mətbuat konfransında çıxış edərək, fransızları qəzəbləndirən hərəkət barədə o, bunları bəyan etdi: “Bu, mağazalarının çiçəklənməsini istəyənlər və Fransanın çiçəklənməsini görmək istəyənlər üçün dürüstlük sınağıdır”. Bəs bu pafos yuxarıda təsvir edilən sinizmlə necə bir araya sığa bilər?"

“Mən bir neçə həftədir hazırlaşırdım” ifadəsi fransızların diqqətini çəkib. Beləliklə, iqtisadi analitik, Insolentiae.com saytının baş redaktoru Çarlz Sanna bu sözləri Makronun maskasını yırtan sözlər kimi qəbul etməyi təklif edir. O, Makronu “intellektual, psixoloji və siyasi çatışmazlıqları” olan bir şəxs kimi qələmə verir.

Təhlilçinin sözlərinə görə, Makron həmişə millətlə “oynayıb” və əslində həmişə ona nifrət edib. Sanna əmindir ki, fransızlar onun hisslərinə qarşılıq verirlər. Qloballaşma tərəfdarlarından ibarət kiçik şəhər burjua kastası isə bu "kədərli Ser"ə səs verir. Və hətta bu halda belə ona inandıqaları üçün deyil, sırf maraqdan. Lakin Makronun siyasəti Fransanı xaosa aparır ki, bu da onun tərəfdarları üçün tamamilə əlverişsizdir. Prezidentin nifrət etdiyi sadə insanlar üçün isə bu, gündəlik həyatda xaos, iqtisadi çətinliklər və qeyri-müəyyən gələcək deməkdir.


Jurnalist və siyasi analitik Pepe Eskobar yazır:


"Paris salonları fərziyyələrlə doludur: Napoleon kompleksi olan Rotşild əlaltısı nə üçün istədiyini almadan oyuncaqlarını uşaq arabasından atır?".

Pepe Eskobar həmçinin prezidentin millətə qarşı düşmənçiliyinə işarə edir və parlamentin buraxılmasını Makronun "Le Penə səs verən fransızlardan qisası" kimi qiymətləndirir.





Fransız jurnalist Jan-Lük Mano isə hətta hesab edir ki, son seçkilərdə Makron mandatsız və tam prezidentlik kampaniyası olmadan seçilib:

"Heç bir Makronizm yoxdur və prezidentin partiyasını ciddi qəbul etmək olmaz, çünki o, partiya deyil. Daha doğrusu, partiyalar ideyasını inkar edən insanların birliyidir. Makron və onun tərəfdarlarının heç bir proqramı yoxdur; Ola bilsin ki, hansısa mərhələdə buna tələbat olub. Ancaq indi bu, açıq şəkildə kifayət deyil".

Analitik materialda daha sonra qeyd olunur ki, hər halda Fransanın üfüqündə siyasi böhran görünür: "Fransızlar çoxdandır ki, hakimiyyətdən bu qədər narazı və incik deyildilər. İndilik isə iyulun əvvəlində keçiriləcək seçkiləri gözləmək qalır. Bu seçkiklər müəyyən dəyişikliklərə səbəb olmalıdır. Nəzərə almaq lazımdır ki bir vaxtlar qazanılan "liberté, égalité, fraternité" (azadlıq, bərabərlik, qardaşlıq) yavaş-yavaş qlobalist oliqarxiya tərəfindən tapdalanır".

Zahid
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
bakupost.az

1Sources