EN

Emin Əmrullayev: Nailiyyətin təməlində səhvlərdən nəticə çıxarmaq, özünəinamın yüksək olması dayanır

Emin

Bakı, 27 iyun, AZƏRTAC

Təhsil sistemi dünyada innovasiya və texnologiyaların dəyişməsi ilə paralel çox dəyişir. Azərbaycan da bu prosesdən geridə qalmır. Hazırda SABAH.HUB Azərbaycan startap və investisiya ekosistesteminə önəmli töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

“Buradakı gənclərimizi iş axtaran kimi yox, iş verən kimi görmək istəyirik. Ancaq biz gedib ona deyə bilmərik ki, bu gündən iş axtaran yox, iş verən olacaqsan. Lakin uzunmüddətli perspektivdə gənclərimizin bilik və bacarıqlarını inkişaf etdirməklə buna nail ola bilərik. İnkişafın, nailiyyətin təməlində öz səhvini başa düşmək və səhvlərindən nəticə çıxarmaq, özünəinamın yüksək olması dayanır. Özünə güvənmək və gələcəyin uğurlu olacağına inanmaq lazımdır. Ən önəmli məsələlərdən biri də cəmiyyətlə birgə təkamül etmək, digər şəxslərin də inkişafına dəstək göstərməkdir. Hər hansı bir səhv etmiş insana qarşı necə davranmaq çox önəmlidir. Hər şey mədəniyyətdən başlayır. Mədəniyyət isə şəxsi keyfiyyətlərlə əlaqəlidir", - deyə E.Əmrullayev əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
1
azertag.az

2Sources