EN

Azərbaycanda kompüter istehsalı 5 dəfəyə yaxın azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 658 ədəd stolüstü kompüter istehsal edilib.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 min 279 ədəd və ya 77,6% (4,5 dəfə) azdır. Ötən ilin eyni dövründə 2 min 937 ədəd stolüstü kompüter istehsal edilib.

Hesabat dövründə istehsal olunan noutbukların sayı 883 ədəd olub ki, bu da illik müqayisədə 568 ədəd, yaxud da 2,8 dəfə çoxdur. Ötən ilin eyni dövründə 315 ədəd noutbuk istehsal edilib.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
valyuta.az

1Sources