EN

Pakistanda anomal istilər: 500-dən çox adam ölüb

Pakistanın cənubunda temperatur yüksəldikcə, ölənlərin sayı da artır.

Bakıvaxtı.az "BBC"ə istinadən xəbər verir ki, bununla bağlı Pakistanın "Edhi" təcili yardım xidməti məlumat yayıb.

Məlumata görə, anomal istilər nəticəsində gündə 30-40 nəfər Kəraçi şəhər meyitxanasına aparılır. Ümumilikdə son altı gündə təxminən 568 nəfər ölü meyitxanaya gətirilib. 

Qeyd olunub ki, xəstəxanaya aparılanların əksəriyyəti isə 60-70 yaşlarındadır. Günvurma ilə gələn bu xəstələrdə əsasən qusma, ishal və yüksək hərarət kimi simptomlar müşahidə olunur. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
1
bakivaxti.az

2Sources