EN

NATO silahlanma yarışı ilə nüvə münaqişələri riskini artırır -Çin Müdafiə Nazirliyi

Çin Müdafiə Nazirliyi hesab edir ki, NATO nüvə silahlanma yarışı və nüvə münaqişələri riskini artırır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian bildirib.

Onun sözlərinə görə, bu, beynəlxalq ictimaiyyətin müqaviməti ilə qarşılaşacaq: “NATO faktlara məhəl qoymur və mövcud olmayan Çin nüvə təhlükəsi amilini şişirdir. Son illər NATO nüvə silahlanma yarışı və nüvə münaqişələri riskini artırır. Biz NATO-dan yalan məlumat yaymağı nüvə şantajı və təhdidləri dayandırmağı tələb edirik. Yanlış yolla daha da uzağa getməsinlər.”

Chosen
93
ikisahil.az

1Sources