EN

Bankların 5 ayda kredit faizlərindən əldə etdiyi gəlir 1,2 milyard manatı keçdi

2024-cü ilin iyunun 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 milyard 245 milyon manat olub.

FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 224 milyon manat və ya 22% çoxdur.

2023-cü ilin iyunun 1-nə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 21 milyon manat olub.

Aylıq müqayisədə bankların kreditlərdən qazandıqları məbləğin həcmi 281 milyon (29,1%) artıb.

Bu ilin 1 may vəziyyətinə bu göstərici 964 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
fed.az

1Sources