EN

İnger Anderson: UNEP Xəzəryanı ölkələrə dəstək vermək üçün bir sıra səylər göstərib

UNEP Xəzəryanı ölkələri dəstəkləmək üçün bir sıra birgə səylər həyata keçirib.

“İki sahil” xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə birgə keçirdiyi brifinqdə deyib.

“Xəzər dənizində çətin şəraitdə birgə işləməyə sadiq olan beş ölkənin keçirdiyi Konvensiyanın Katibliyinə ev sahibliyi edirik. Aydındır ki, bu istiqamətdə daha çox şey tələb olunur. Bu məsələdə ölkələr arasında daha çox məlumat, mübadilə və birgə səylər tələb edilir”, - o vurğulayıb.

İ.Andersen qeyd edib ki, bugünkü görüşlərdə Xəzər dənizinin ekologiya məsələsi müzakirə olunub: “Bu gözəl su hövzəsini qorumaq və onun uzunmüddətli, davamlı gələcəyini təmin etmək üçün necə səy göstərə biləcəyimiz müzakirə olunub. Bu o deməkdir ki, biz iqlim dəyişikliyinə, yağış və qarın yağmasının xarakterinin dəyişməsinə yenidən nəzər salmalı olacağıq. Bundan başqa, qalıq yanacaqlarının hasilatına dair məsələni də müzakirə etməliyik. Bunlar bu gün apardığımız müzakirələrdən bəziləridir və COP29 zamanı bu müzakirələri davam etdirməyi səbirsizliklə gözləyirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
1
ikisahil.az

2Sources